stonesafety

Bizim Haqqımızda

Biz kimik:
1997-ci ildə təsis edilmiş Stone Safety MMC fərdi mühafizə vasitələrinin, işçi paltarlarının və peşə geyimlərinin istehsalını və satışını həyata keçirir.

Biznes baxışımız:
Bizim fəaliyyətimiz, müştərilərə yüksək keyfiyyətli məhsullar və xidmətlər təqdim etməklə, onların istəklərini tam qarşılamaqla, müştəri məmnunluğunun tam təmin olunmasına yönəldilmişdir. Biz, uzunmüddətli işgüzar münasibətlər qurmaqla daima satış həcmini artırırmağa çalışırıq. Bizim başlıca məqsədimiz müştərilərə münasib qiymət və yüksək keyfiyyətli və sertifikatlaşmış məhsullar təqdim edərək bazarda mövcud olan tendensiyalar və tələblərlə ayaqlaşmaqdır. Stone Safety öz fəaliyyətində tədricən, lakin davamlı inkişafı əsas götürmüşdür.

Fəaliyyət yerlərimiz:
Bakı şəhərinin mərkəzinə yaxın yerdə yerləşən geniş ofis və sərgi salonumuz fəaliyyət göstərir. Şirkətimizin həmçinin müasir tələblərə cavab verən böyük istehsalat sahəsi və anbarı mövcuddur. Yerli istehsal, müştərilərin və bazarın tələblərinə daha həssas və rəqabətətə davamlı olmaqda böyük imkanlar və üstünlüklər verir.